Bakıda məktəb yanır: şagirdlər təxliyyə edildi

6 Noyabr 2014 10:32 (UTC+04:00)

Bakıda məktəbdə yanğın başlayıb. Movqe.az xəbər verir ki, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.

Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən, 2 təcili tibbi yardım maşını cəlb edilib. İlkin ehtimala görə, yanğına əbəb elektrik naqillərində olan qısaqapanma olduğu bildirilir. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.