Analar, atalar, bu xəbərə diqqət!

20 İyul 2012 18:54 (UTC+04:00)

Məktəblilər arasında araşdırma qorxunc gerçəyi ortaya çıxarıb...

Movqe.az xəbər veri ki, məktəblilər arasında aparılan araşdırmaya görə, siqaretə başlama yaşının 13 olduğu göstərilir. "Asılılığa və Siqaretə yox" dərnəyi müxtəlif illerdə 80 məktəbdə 35-i qız olmaqla 155 şagird arasında apardığı araşdırmada məktəbdəki siqaret gerçəyini gözlər önünə sərib.

Araşdırmaya görə, məktəblilərin yüzdə 32,9-u siqaret çəkmədiyini söylərkən, siqaret çəkənlərin nisbəti yüzdə 67,1 olaraq görülüb. Məktəbli qızlarda siqaret çəkmə nisbəti yüzdə 48,5, oğlanlarda isə yüzdə 72 olaraq bilinən araşdırmada siqaretə başlama yaşının orta hesabla 13,7 olduğuna diqqət çəkilir.

Tural QABİLOĞLU