Azərbaycanda yaxın 3 günün hava proqnozu açıqlandı
6 Noyabr 2014 13:00 (UTC+04:00)
Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraiti
mülayim, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki,
noyabrın 7-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava
şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi
yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz
cənub küləyi ilə əvəzlənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu
gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz
olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir,
Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi
əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5,
gündüz 11-16 dərəcə isi, dağlarda gecə 0-5 dərəcə şaxta 5-10 dərəcə
isti proqnozlaşdırılır.