Ermənilər döyüşə hazırlaşır

6 Noyabr 2014 13:48 (UTC+04:00)
Ermənistan ordusu işğal etdikləri Azərbaycan ərazilərində irimiqyaslı təlimə başlayıb. 

ANS PRESS-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələri genişmiqyaslı təlimə start verib.

Etibarlı mənbədən Ermənistanın news.am saytına verilən məlumata görə, təlimlərə çox sayda texnika və hərbi qulluqçular cəlb edilib. 

Hərbi təlimlərin 10 gün davam edəcəyi bildirilir.