Həmvətənimiz RF Murmansk çempionatının qalibi olub

6 Noyabr 2014 14:43 (UTC+04:00)

Murmanskda gənc və yaşlı boksçular Sovet İttifaqı Qəhrəmanı Anatoli Bredovun xatirəsinə həsr olunmuş 30-cu beynəlxalq turnirin medalları uğrunda üç gün mübarizə aparıblar. Turnir çərçivəsində Murmansk çempionatı keçirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayət şöbəsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi yerli nümayəndəliyi mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AzərTAc -a bildirib ki, yarışın qalibləri arasında həmvətənimiz də var. 1998-1999-cu il təvəllüdlü yeniyetmələr arasında 75 kiloqram çəki dərəcəsində həmvətənimiz, Murmansk vilayətinin Monçeqorsk şəhərindən olan Ruslan Fətullayev qalib gəlib.Murmansk-Masallı.