Anakonda insanı efirdə diri-diri udacaq

7 Noyabr 2014 09:54 (UTC+04:00)

Discovery telekanalı birbaşa efirdə anakondanın insanı diri-diri udacağını göstərəcək.Bunu amerikalı alim Pol Rozoli öz üzərində sınaqdan keçirəcək. O, eksperiment vaxtı sağ qalmaq üçün xüsusi kostyumdan istifadə edəcək. Eaten Alive ("Diri-diri yeyilmiş") verilişini 7 dekabr 2014-cü ildə izləmək mümkündür.