Alimlər yeni dövrün başlanacağı haqqında xəbərdarlıq edirlər

7 Noyabr 2014 10:00 (UTC+04:00)

11700 il davam edən holosen dövrünü alimlərin artıq antroposen adlandırdıqları bəşəriyyət dövrü əvəz edə bilər.

Antroposen ekoloji sistemdə çox böyük rol oynayan insan fəaliyyətinin yüksək səviyyəli geoloji dövrünü ifadə edən qeyri-rəsmi termindir. Termin 1980-ci illərdə ekoloq Yucin Stormer tərəfindən tətbiq edilib. Bu terminin yaradılmasına kimi dövrün müvəqqəti şkalası müəyyən olunmamışdı. Antroposen- eyni zamanda "bəşəriyyət dövrü"müasir dünyada insanın təbiətə güclü təsiri ilə əlaqədar olaraq planetimizin tarixində yeni dövr ola bilər.