Qatarların sürəti artacaq

6 Noyabr 2014 16:51 (UTC+04:00)
Bakı Dəmiryol vağzalı Biləcəri-Ələt ərazisinə köçürülə bilər.

ANS TV-nin məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, əgər vağzal köçürülərsə ərazidə yaşıllıq artırılacaq və yeni avtomobil yolları salınacaq. Hazırki vağzal ərazisində isə iki dəmir yolu xətti saxlanılacaq ki, həmin xəttlərdə sürətli elektrik qatarları hərəkət edəcək. Bütün bunlar Bakının Regional İnkişaf Planında 2030-cu ilə qədər nəzərdə tutulub.

Bütün bu işlərin hazırki vəziyyət ilə real olmadığını deyən "Azəebaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Nadir Əzməmmədov bildirdi ki, əgər layihə təsdiq olunarsa vağzal ərazisinin Ələt və ya Biləcəri qəsəbəsinin ərazisinə köçülüməsini məqsədə uyğundur. Ancaq bu layihəni Nəqliyyat Nazirliyi təsdiq etdiyi təqdirdə mümkün ola biləcək. 

Bundan başqa qurum rəsmisi onuda dedi ki, artıq dəmir yol xətləri 2016-ci ilə kimi yeniləncək və qatarların sürəti artırılacaq. Onun sözlərinə görə, yeni 30 vaqon gətiriləcək ki, həmin vaqonlar Avropa ölkərlərinə hərəkət edən zaman onların təkərləri dəyişilməyəcək. Təkərlər özü-özünü idarə edə biləcək. Bununla da ölkə ərazisində dəmir yollarının idarə olunması bir mərkəzədən həyata keçiriləcək.