Bu qışa da çatmadı
6 Noyabr 2014 22:08 (UTC+04:00)
Paytaxtda istiliklə təmin olunmayan 1000-dən çox
bina var.
ANS TV-nin məlumatına görə, hər il olduğu kimi bu
il də yaşayış və qeyri-yaşayış binalarının istiliklə təchiz
olunmasına bu ayın 15-dən başlanacaq. Bu səbəbdən paytaxt
ərazisindəki qazanxanalarda yeni mövsümə hazırlıq işləri gedir.
Bəzi qazanxanalar istismara yararsız olduğundan yenidən bərpa
olunur və ən son texnaogiyalarla təchiz edilərək müasir tipli
qazanxanalara çevrilir. İstiliklə təchizata ehtiyac olan binalar
üçün isə yeniləri inşa olunur. Düzdür hazırda paytaxt ərazsində
1000-dən çox bina istiliklə təmin olunmayıb. Hətta bəzi yaşayış
yerlərində, məsələn Naxçıvanski 18 kimi ünvanlarda 20 ildən çoxdur
ki, istilik yoxdur. Buna səbəbsə binaların aşağı paylayıcı
sistemlərinin bu günədək yenilənməməsidir.
Amma elə ünvanlar da var ki, artıq onların
istiliklə təchizat problemi öz həllini tapıb. Yasamal rayonu
ərazsində ötən il inşa olunaraq istifadəyə verilən qazanxana
noyabrın 15- dən ətraf ərazidəki binaları istiliklə tam təmin
edəcək.
Yasamal rayonu 8 saylı İstilik İstismar sahəsinin
rəisi Kamran Nəsirovun sözlərinə görə, bu qazanxananın işə düşməsi
nəticəsində illərdir ki mənzillərində istilik üzünə həsrət qalan 6
binanın sakinləri də qızınacaq.
"Azəristiliktəchizat" ASC tərəfindən bu il inşa
olunan 37 qazanxana yeni mövsümdən ətraf ərazisindəki binaları
istiliklə təmin edəcək. Onların bir qismində artıq işlər başa
çatıb.
Yeni mövsümə hazırlıqla əlaqədar bu il 280 yaşayış
binasının aşağı paylayıcı və məhlədaxili istilik xətləri tam bərpa
olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Tək yaşayış
binalarının deyil 15-ə yaxın məktəb, bağça səhiyyə kimi sosial
obyektlərin istilik xətləri tamamilə yenidən bərpa olunub. Qurum
soyuq hava şəraiti ilə əlaqədar bəzi sosial obyektləri dünəndən
istiliklə təchiz edib.
"Azəristiliktəchizat"ın şöbə rəisi Rafiq Əliyev
deyir ki, ilk növbədə uşaq və doğum evlərinin istilik sistemi ilə
təmin olunmasına qərar verildiyi üçün bu qəzanxanalar artıq işə
salınıb. Rafiq Əliyev başqa qazanxanaların da iş üçün tam hazır
vəziyyətə gətirildiyini bildiridi.
Ümumilikdə inşası başa çatan və modernləşdirilmiş
qazanxanaların vasitəsi ilə bu il 3500-dən çox binanın istiltklə
təchizatı nəzərdə tutulub.