Ebolanı yox etmək üçün vəsait tükənib

7 Noyabr 2014 09:40 (UTC+04:00)

Ebola ilə mübarizəyə cavabdeh BMT ölümcül xəstəliyi dəf etmək üçün kifayət qədər ehtiyatlara malik deyil.

Movqe.az BBC-yə istinadən xəbər verir ki, bu barədəd BMT missiyasının rəhbəri Tony Banbury virusun ən çox yayıldığı 3 Qərbi Afrika ölkələrinə səfərdən sonra bildirib. O deyib ki, Britaniya, Çin, Kuba və ABŞ-dan daxil olan əhəmiyyətli yardıma baxmayaraq təcili əlavə resurslara ehtiyac var. Banbury xəstəlikdən 4,818 adamın öldüyünü təsdiqləyib. O qeyd edib ki, yalnız 27 nəfər başqa ölkələrdə hılak olub. Digərləri isə Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu hesabatında isə Ebola virusuna 13,042 adamın yoluxduğu bildirilir.

Qeyd edək ki, Ağ evin rəsmilərinə əsasən prezident Barak Obama xəstəliklə mübarizəyə 6.2 milyard dolların ayrılması üçün konqresə müraciət etməlidir.