NATO-nun baş katibi Əfqanıstana qəfil səfər edib

7 Noyabr 2014 09:53 (UTC+04:00)

NATO-nun yeni baş katibi Cens Stoltenberq gözlənilmədən Kabilə səfər edib.Movqe.az-ın məlumatına görə, baş katib səfəri çərçivəsində prezident Əşrəf Qani, icra hakimiyyətinin rəhbəri Abdulla Abdulla və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığı ilə görüşlər keçirəcək.Cens Stoltenberq deyib ki, NATO-nun döyüş missiyasının başa çatması Əfqanıstanın gələcəyinin əfqan xalqına təhvil verildiyi yeni bir eraya başlanğıc deməkdir.NATO və ABŞ qüvvələri dekabr ayının 31-də ölkəni tərk edəcək. Əfqanıstanda qalan 12 min nəfərlik qüvvə o ölkənin 350 min nəfərlik təhlükəsizlik qüvvəsini təlimlərlə təmin edəcək.

Bununla belə baş katib əmin edir ki, hərbi alyans beynəlxalq qüvvələr ölkəni tərk etdikdən sonra da əfqan xalqına dəstəyini davam etdirəcək.