Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur

7 Noyabr 2014 10:39 (UTC+04:00)

Bu gün səhər saatlarından etibarən Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur.


APA-nın xəbərinə görə, şəhərin bir neçə giriş istiqamətində yaranmış tıxac iki saatdan artıqdır ki, davam edir.

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, bu gündən etibarən, paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacaq.

 

Sürücülərə alternativ olaraq Həsənoğlu və Əhmədbəy Ağaoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.