Ölən itini unutmamaq üçün...

7 Noyabr 2014 10:50 (UTC+04:00)
İngiltərənin Şərqi Sussex bölgəsində yaşayan fermer Deyv İsaak, ölən çoban itini xatırlamaq üçün, itin bənzərini böyük ölçülərdə hazırladaraq avtomobilinin xaricinə örtük olaraq keçirib. 46 yaşındakı İsaak 2 min sterlinq xərcləyərək etdirdiyi xüsusi örtüklə qonşularını və bölgədən keçənləri xeyli təəccübləndirib. İsaak, "Etdiyim bir az çılğınlıqdır, amma keçmiş çoban itim Floun xatirəsinə belə bir şey etməyi düşündüm. 3 uşağım var və onun üçün ailəvi olaraq çox darıxırıq" deyib.