Telefonlara zərər verən virus!

7 Noyabr 2014 11:31 (UTC+04:00)

Çin qaynaqlı "malware"lərin (pis niyyətli proqram), Mac kompüterləri və iPhone telefonlarına mənfi yöndə təsir etdiyi ortaya çıxardılıb. Palo Altodan gələn xəbərdarlığa görə "Wirelurker" adındakı bu proqram endirilən fayllar və ya USB cihazlar vasitəçiliyi ilə Mac kompüterlərə bulaşır və buradan da iPhone ağıllı telefonlara keçir.

 

Movqe.az xəbər verir ki, ikinci dəfə belə bir hadisənin olduğu Wirelurker, klassik bir virus kimi davranır və jailbreak edilməmiş iPhone telefonlara yoluxur. Çin mənşəli Mac tətbiqləri mağazası "Maiyadi App Store"dakı 467 ədəd OS X proqramına təsir edən Wirelurker, keçən altı ay ərzində 356,104 dəfə yüklənilib. Beləcə on minlərlə istifadəçi indidən virusdan təsirlənib.