Namiq Aygünlə yayılan videosundan danışdı

7 Noyabr 2014 12:20 (UTC+04:00)

Tədbirlərin birində duet ifa edən keçmiş cütlük yenidən medianın gündəmini zəbt etməyi bacarıb. Movqe.az Gecce.az-a istinadən xəbər verir ki, ikilinin görüntüləri sosial şəbəkədə səs-küyə səbəb olub. Namiq Qraçuxurlu bu video barədə ilk dəfə fikir bildirib. "Mən bu barədə sonuncu dəfə açıqlama verirəm. Təbii ki, çox əvvəllər aramızda biraz da olsa, soyuqluq vardı. Aygün xanıma dedim ki, bir-birimiz haqqında sual veriləndə çalışaq danışmayaq. Çünki söhbət uzanır. İllər keçsə də, bizi görən kimi o anlar barədə suallar verməyə başlayırlar. Aygün xanımın da razılığını və halallığını aldım. Bu qərardan sonra hərkəs elə bildi ki, aramızda soyuqluq var. Həmişə münasibətimiz yaxşı olub."

Sözügedən görüntülər barədə danışan meyxanaçı yenidən aralarındakı sevgi münasibətlərinin yaranmayacağını da peşəkarlıqla bildirib. "Dediyiniz görüntü tədbirlərin birində çəkilib. Sonra yayılıb. Həmişə dostluq münasibətimiz yaxşı olub, indi də yaxşıdır.  İnsanlar düşünəcəklər ki, hər şey yenidən başlayır. Yox, o dərin söhbətlər olmayacaq. Bu yaradıcı işdir. Biz də işimizlə məşğul oluruq."