Bunu Nazirlər Kabinetinin mətbuat
xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, noyabr
ayının 9-u bayraq günüdür. Bu gün ölkə ərazisində qeyri-iş günü
elan edilib.
Bayraq günü bazar gününə təsadüf etdiyindən
növbəti iş günü - 10 noyabr da qeyri-iş günü elan
olunub.
Nəticədə 8,9,10 noyabr tarixləri qeyri-iş gününə
təsadüf edib.
Qeyd edək ki, 3 günlük istirahət həftənin 5 günü
işləyən müəssisələrdə çalışanlara aiddir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında
ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda
Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və
qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi
qəbul edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə
başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul
edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti
qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi
– Nazirlər Şurası sədrinin milli bayraq haqqında
məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən,
mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli
bayraq hesab edilsin".