3 yaşlı uşaqlarını ölənə qədər tavayla döydülər

7 Noyabr 2014 15:42 (UTC+04:00)

Qəddar ana və sevgilisi 3 yaşındakı uşaqlarını ayaqlarından asıb tavayla öldürənə qədər döyüblər.


Movqe.az xəbər verir ki, qorxu filmlərini xatırladan hadisə Amerikanın Pensilvaniya əyalətində baş verib. Jillian Tait və Gary Lee Fellenbaum , Taitin oğlu Skot McMillanı öldürmə iddiasıyla həbs olunublar. Bir-birlərini bir aydır tanıyan və birlikdə yaşamağa başlayan cütlüyün 3 yaşındakı Skotta qan donduran işgəncələr etdiyi iddia edilib.


Qəddar ananın 6 yaşındakı böyük oğlunun verdiyi ifadəyə görə Skot, söz qulaq asmayıb. Səhər naharda tostunu yemədiyi vaxt anasının Skotun sifətinə və mədəsinə yumruq atdığını və divara vurduğunu söyləyib.


Kiçik uşağın öldüyü gecə isə, Skotu əvvəl tavandan asıb, sonra  tavayla vurublar. Can verən uşağı eləcə qoyub pizza almağa gedən cütlük evə qayıtdıqdan sonra isə cinsi münasibətdə olub, yuxuya gediblər.


Səhər kiçik uşağın nəfəs almadığını görən ana 911-ə zəng edib. Xəstəxanaya qaldırılan uşağın vəziyyətini görən tibb bacısı və həkimlər belə gözyaşlarına boğulub.


Məhkəmə açan vəkil cütlük haqqında edam cəzası tələb edib.