Masallıda Əməkdar Məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçirilir

7 Noyabr 2014 16:20 (UTC+04:00)

Noyabrın 7-8-də Masallı Olimpiya İdman Kompleksində Əməkdar Məşqçi, idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək. Masallı rayonunda Yunan-Roma güləşinin inkişafında Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş, boya-başa çatmış Nadir Ağayevin böyük xidmətləri olmuşdur. Öz evində təmənnasız güləş məktəbi yaradan, övladı olmasa da yüzlərlə güləşçiyə atalıq edib onları böyük idmana gətirən Nadir Ağayev 1969-cu ildən bu sahə ilə məşğul olmuş və Masallının idman tarixinə uğurlu səhifələr yazmışdır.

Nadir Yaqub oğlu Ağayev 1935-ci ildə Ərkivan kəndində anadan olmuşdur.SSRİ idman ustası və Əməkdar məşqçidir.

Onun yetirmələri:


1.Ədalət Mazanov- Kubada keçirilən Beynəlxalq turnirin qalibi və yetirmələri arasında ilk beynəlxalq dərəcəli idman ustası

2. Mazanov Kamal- İdman məktəblərinin SSRİ birinciliyinin gümüş və bürünc mükafatçısı olmuşdur.

v3. Əli Əliyev- SSRİ çempionu ,gənclər aarsında Avropa çempionu,gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı olmuşdur.

4. Mülayim Xıdırov- SSRİ birinciliyinin mükafatçısı,Respublika çempionu

5.Ağarza Nurullayev -Respublika çempionu,idman ustası

6. Şöhrət Məcidov- Respublika çempionu,idman ustası

7. Elxan Bayramov- Respublika çempionu,idman ustası

8. Böyükxan Gülverdiyev- 3 dəfə Respublika çempionu, Respublikalar arasında keçirilən SSRİ birinciliyi - III yer


1969-cu ildə N.Ağayev bütün gücü ilə bölmələrin sayını artırmış, uç qrupa bölünən bölmə ikisi rayonun mərkəzində olmaqla vaxtilə keçmiş Kino klubun binasında fəaliyyət göstərmişdir.


1970-ci illərdə rayonun mərkəzində ilk açıq birincilik keçirilmiş, bu bölmədə iştirak edən idmançılar ilk dəfə olaraq məhsul bayramında iştirak etmişlər. 1971-1972-ci illərdə idmançılar Daşkənd və Şamxor rayonuna ezam olunmuşlar. 1973-cü ildə ilk dəfə rayon birinciliyi keçirilmişdir. 1971-ci ildə yunan-roma güləşçilərimiz ilk dəfə komanda şəkilində Xanlar rayonunda keçirilən yarışlarda iştirak etmiş və bu uç çempionla geri qayıtmışlar.


Həsənağa Mazanov, Rəhim Məmmədov, Tərlan Nuriyev, Ədalət Mazanov, Xurşud Heydərov və bu kimi idmançılar yarışlarda fəal iştirak etmişlər.

N.Ağayev demək olar ki, yüzlərlə idmançını klassik güləş üzrə Respublika yarışlarına aparmış onun etimadını doğrultmuşlar.



İdman ustaları


Əli Əliyev,

Ədalət Mazanov,

Böyükxan Gülverdiyev,

Kamal Mazanov,

Məşkur Qasımov,

Sultan Məhərrəmov,

Səyədulla Əkbərov,

Mülayim Xıdırov,

Mübariz Mikayılov,



İdman ustalığına namizədlər:


Gülbaba Əliyev

Səyyaf Mikayılov

Qardaşxan Əmənov

Şöhrət Məcidov

Ənvər Əiyev

Raidxan Bayramov

Xurşud Heydərov

Mahir Əmənov

Sücəddin Gülverdiyev.


Bu idmançılar arasında Avropa mükafatçıları a vardır.

1973-1979-cu ilə kimi qrupun rəhbəri Soltan Məhərrəmov olmuşdur.


Xəbər veririk ki, XX dəfə Masallıda keçiriləcək ənənəvi turnirdə yunan-Roma güləşi üzrə 1998-1999-cu il təvəllüdlü yeniyetmə idmançılar on çəki dərəcəsində mübarizə aparacaq.


Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş şəxslərin xatirələrini yad etmək, yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, birinciliyin nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Turnir Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər diplom və medallarla təltif olunacaq.