Tarixdə ən böyük sunami

8 Noyabr 2014 10:00 (UTC+04:00)

Son yarım əsrdə bəşəriyyət sunami barədə proqnoz vermək, onun tədqiqi və lentə alnmasında böyük nəticələr əldə ediblər. Amma eyni zamanda sunamilər daha böyük və aqressiv olmağa başlayıb.

Tərtib olunmuş reytinqdə dünyada baş vermiş ən böyük sunamilər toplanıb. Ən böyük sunamilər reytinqinin beşinci sırasında Papua-Yeni Qvineya durur. 1998-ci ildə burada 7 bal gücündə zəlzələ baş verib. Ancaq yerli sakinlərdən heç kim gözləmirdi ki, bu zəlzələ sunamiyə səbəb olacaq.

Zəlzələ nəticəsində nəhəng sualtı sürüşmə əmələ gəlib və sunaminin hündürlüyü 15 metrə çatıb. Sunami zamanı 2183 nəfər həyatını itirib və 500 nəfər itkin düşüb. 10 000 nəfərə yaxın sakin evsiz qalıb, bəzi kəndlər tamamilə dağılıb.

Bununla belə, alimlər bu sunami sayəsində sualtı sürüşmələr zamanı gözlənilməz sunamilərin yarandığını müəyyən ediblər və bu, gələcəkdə minlərlə insan həyatının xilas olmasında kömək edib.

1976-cı ildə Mindanao adasındakı Moro körfəzində (Filippin) 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində sahildən 700 km məsafəni əhatə edən nəhəng sunami yaranıb. Sakinlər sunamidən sığına bilməyiblər.

Dünyada ən böyük sunami minlərlə insanın həyatına son qoyub. 5000 nəfər ölüb və 2200 nəfər itkin düşüb. Eyni zamanda 9500 nəfər yaralanıb və adanın 90 000 nəfər sakini evsiz qalıb. Sunaminin hündürlüyü 4,5 metrə çatıb. Bu, ölkənin tarixində ən dağıdıcı sunami olub.

Üçüncü yerdə Valdiviya sunamisi (Çili) durur. 1960-cı ildə burada gücü 9,5 bal olan ən güclü zəlzələ baş verib. Zəlzələ vulkan püskürməsinə və çox böyük sunamiyə səbəb olub. Sunaminin hündürlüyü 25 metrə çatıb. O, müxtəlif regionları əhatə edib. Sunami Valdiviyadan başqa Havay adalarına və onun mərkəzi Hiloya da çatıb. Yeddi saatdan sonra sunami Yaponiyaya çataraq 142 nəfərin ölümünə səbəb olub. Bu sunami ümumilikdə 6 000 nəfərin həyatına son qoyub. Daha bir ən böyük sunami Toxuku sunamisidir. Bu, 2011-ci ildə Yaponiyada baş verib və böyük fəlakətlər törədib. Sunaminin hündürlüyü 11 metrə çatıb. O, 9 ballıq zəlzələdən sonra əmələ gəlib. Bəzi məlumatlara görə, sunaminin hündürlüyü 40 metrə qədər qalxıb. Sunami nəticəsində 125 minə yaxın bina dağılıb, 25 000 nəfər həyatını itirib və itkin düşüb. Bundan başqa, sunami Fukusima Atom Elektrik Stansiyasına ciddi ziyan vurub və beynəlxalq miqyaslı fəlakət yaradıb. Məlumata görə, radiasiya 320 kilometr məsafəyə yayılıb.