A.Kazımovanın "İkinci sən" adlı solo-konsert proqramı Nabranda istirahət mərkəzlərinin birində təşkil olunacaq. Konsert zamanı Aygün Kazımova Sərdar Ortacın mahnısını ilk dəfə səsləndirəcək. Konsertin qonaqları da olacaq - Üzeyir Mehdizadə və Gökhan Erol. Aygün xanımın Üzeyirlə 2 mahnısı var ki, bu mahnıları konsert vaxtı oxuyacaqlar.
Konsertin aparıcısının tanınmış teleaparıcı Rüfət Ağayevin olacaq.
Türkan Nadirqızı
Movqe.Az