Bankomatlar çoxalacaq

7 Noyabr 2014 17:40 (UTC+04:00)

Bankomatların sayı artırılacaq. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirələrində millət vəkilləri pensiyaçıların bankomatlar qarşısında uzun növbələr yaratdığını bildirərək bu problemin həllini istəyiblər. 


ANS TV-nin məlumatına görə, fondun sədri Elman Mehdiyev isə bildirib ki, problemin əsas həll yolu pensiyaçıların kartlarından nağdsız şəkildə istifadəyə vərdiş etmələridir. "Bununla bağlı da qurum müxtəlif layihələr həyata keçirir. Eyni zamanda bankomatların sayı da artırılacaq".


O, bildirib ki, bu il əlavə 300 bankomat alınıb. Amma monitorinqin nəticələrindən aydın olur ki, bu problemi tam olaraq həll etmir. Çünki, bankomat bir ay ərzində üç gün fəaliyyətdə olur, ayın 27 günü isə boş dayanır. "Belə olan halda isə bankların xərcləri yaranır".