Avtobuslarının "ciblik" problemi
7 Noyabr 2014 17:32 (UTC+04:00)
Avtobuslar yoldakı "ciblik"lərdən istifadə
etmir.
ANS TV-nin məlumatına görə, ictimai nəqliyyat
vasitələri onlar üçün tikilmiş cibliklərə daxil olmaqdansa yolun
onlara məxsus olmayan hissəsindən dayanacaq kimi istifadə etməyə
üstünluk verir. Bu isə yolda tıxacların yaranmasını qaçılmaz edir.
Hətta bəzi dayanacaqlar ümumiyyətlə istifadəsiz qalır. Sərnişinlər
isə məcbur olaraq bardürlərin üzərində avtobusları gözləyir.
İctimai nəqliyyat vasitələrinin cibliklərə daxil olmaması isə taksi
və şəxsi avtomobillər üçün rahat park yerinin əmələ gəlməsinə
şərait yaradır. Yaranmış vəziyyətin səbəbkarı olan avtobus
sürücüləri isə hərəsi özünə bir səbəb taparaq haqq
qazandırdı.
Məlum olur ki, avtobus sürücülərini
dayanacaqlarından didərgin salan elə taksi sürücüləridir. Taksi
sürücülərindən bəziləri dayanacaqdan təxminən 10 metrlik məsafədə
dayansa da "ciblik"də müştəri gözləyənə
dəvar.
Məsələ ilə əlaqədar Bakı Sərnişin və
Yükdaşımalarının Təşkili Məhdud Məsuliyytli cəmiyyətə müraciət
etdik. Qurum rəsmisi Əmrah Cəfərov dedi ki, Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsi, Dövlət Avtomobil Xidməti Bakı Sərnişin və
Yükdaşımaları İdarəsi ilə birgə deyilənləri müzakirə edərək çıxış
yolları axtarıblar. Yaxın müddətdə isə təkliflərin həyata
keçirilməsinə start veriləcək.
Cibliklərin ölçülərinin avtobusların miqyasına
uyğun olmamasına aydınlıq gətirən Əmrah Cəfərov sürücülərin
həqiqətən də haqlı olduğunu əlavə etdi. O "ciblik"lərin
genişləndirilməsinə ehtiyac olduğunu bildirdi.