Vəfat edənlərin pensiyası övladlarına verilə bilər

8 Noyabr 2014 19:43 (UTC+04:00)
Azərbaycanda pensiyaya çıxana qədər vəfat etmiş şəxslərin fərdi şəxsi hesabında toplanmış vəsait onların varislərinə verilə bilər. Fins.az-ın məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, bu məsələyə pensiya-sığorta sisteminin inkişafı çərçivəsində baxılacaq və Mülki Məcəlləyə dəyişiklik olunacağı istisna deyil.