Kibercinayətkarlıqla məşğul olan 400 sayt bağlanıb

8 Noyabr 2014 09:14 (UTC+04:00)

Narkotik və silah da daxil olmaqla qeyri-qanuni satış əməliyyatları həyata keçirən Silk Road 2.0 və daha 400 digər internet qapadılıb.

Movqe.az publika.az-a  istinadən verdiyi məlumata görə, həmin saytlar internetdə iz azdırıcı proqramlar vasitəsilə fəaliyyət göstərərək xeyli müddət görünməz və əlçatmaz qalıb. Adı çəkilən saytlara və onların arxasında duran şəxslərə qarşı ABŞ və Avropanın 16 ölkəsində irmiqyaslı əməliyyatın keçirilməsi nəticəsində 17 nəfər həbs olunub. Onların 6-nın Britaniyada saxlanıldığı bildirilir.

Həbs edilən şəxslər arasında naroktik alış-verişilə məşğul olan Silk Road 2.0 saytı arxasında duran Blake Benthall da var.

Qapadılan saytların istifadə etdiyi Tor proqramı vasitəsilə iz azdıran serverlər narkotik və uşaq pornoqrafiyası dəllalları ilə yanaşı ekstremist qruplarına da xidmət edən şəbəkələr məskəninə çevrilib.

Ekspertlər adı çəkilən saytların bağlanmasını kiber cinayətkarlığa qarşı mübarizədə atılmış ciddi addım kimi dəyərləndirirlər.

Əməliyyat zamanı 1 milyon dollar dəyərində virtual valyuta sayılan "Bitcoin" ödəniş vasitəsi müsadirə edilib.