Ruhların sirri açıldı

8 Noyabr 2014 13:24 (UTC+04:00)
Alimlər növbəti sensasion açıqlama ediblər. Bu dəfə insan beyninin iman və paranormal hadisələrə inama cavabdeh olan hissəsini araşdırıblar.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, alimlər tədqiqata cəlb edilmiş insanların gözlərini qapayıblar. Sonra da onların keçirdikləri hissləri müşahidə ediblər. Nəticələr sadəcə heyrətamiz olub. Sən demə, bəzi adamlar doğrudan da fövqəltəbii varlıqları duya bilirlər.

İsveçrə Texnoloji Universitetinin alimiCuliya Roqninideyir ki, polterqeysti görmək mümkün deyil, lakin onu hiss etmək olar. Bu xüsusiyyət ölümün bir addımlığına qədər getmiş insanlarda daha güclüdür. Misal üçün, bəzi alpinistlərdə və səyyahlarda.

Bundan başqa, nevroloji xəstəliklərdən əziyyət çəkənlər də ruhları hiss edə bilirlər.