Cəbhədə erməni təxribatı
8 Noyabr 2014 14:00 (UTC+04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində
sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Movqe.Az nazirliyin saytına istinadən bildirir ki, erməni silahlı
bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber
kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində
yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun
Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri,
Horadiz şəhəri yaxınlığında, həmçinin Xocavənd və Füzuli
rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.