Tokioda üç avtobus və motosikl toqquşub, onlarla yaralı var

8 Noyabr 2014 14:11 (UTC+04:00)
Yaponiyanın paytaxtında üç avtobus və motosiklin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə onlarla insan xəsarət alıb.

Avtobusun birində qəza zamanı məktəblilərin olduğu bildirilir. Digər sərnişinlər və sürücülər haqqında məlumat verilmir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.