İŞİD Kobanidə üç cəbhədə vuruşur

8 Noyabr 2014 15:10 (UTC+04:00)

ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin hava hücumları, o cümlədədn Azad Suriya Ordusu birliklərinin Kobaniyə yardıma gəlməsi İŞİD silahlalarının mövqelərini xeyli zəyiflədib.

Movqe.az-ın publika.az-a  istinadən verdiyi məlumata görə, Kobanidə İŞİD üç cəbhədə - yerli özünü müdafiə dəstələri, Peşmərgə və koalisiya qüvvələrinə qarşı döyüşsə də, geri çəkilmir.

Agentlik bildirir ki, İŞİD-in hucumları əvvəlkinə nisbətən zəyifləsə də, döyüşləri davam etdirir. Hər iki tərəf bir-birilərinə qarşı ağır silahlardan istifadə edir.