“Məni iynəli suallar ilə tanıdılar”

8 Noyabr 2014 18:00 (UTC+04:00)

Zaur Kamal "Star life" da bu barədə açıqlama verib.

Movqe.az Gecce.az-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan "5 də5" və "Ay, Zaur" verilişinin siması Zaur hər zaman qonaqlarını sualları ilə əcəl təri tökdürməyi bacarıb.


Teleaparıcı deyir ki, hər kəsə onun öz xasiyyətinə görə suallar verir.


"Məni iynəli suallar ilə tanıdılar. Tamaşaçılar da bilirlər ki, olanları olduğu kimi təqdim edirəm. Kim nə edirsə, ona o cür də sual verirəm.

Əminəm ki, müğənnilərin heç biri məndən incimirlər. "