Pentaqon: Rusiya qoşunları Ukraynanın qapısı ağzındadır

8 Noyabr 2014 19:03 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi Rusiyanın yüksək hazırlıqlı qoşunlarının Ukrayna ilə sərhədin bilavasitə yaxınlığına yerləşdirildiyini açıqlayıb.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, bu barədə Pentaqonun nümayəndəsi, kontr-admiral Con Kirbi deyib: "Biz Rusiyanın yüksək hazırlıqlı batalyon-taktiki qoşunlarının bilavasitə Ukrayna sərhədinə dirəndiyini görürük. Amma hələlik bu qoşunların sərhədi keçdiyi ilə bağlı kifayət qədər hesabata malik deyilik. Qoşunların sərhədə yığılması heç bir halda gərginliyin azaldılmasına xidmət etmir".