Masallıda region gəncləri üçün ustad dərsləri keçirilib: NLP ilə mükəmməl ünsiyyətin qurulması

8 Noyabr 2014 18:37 (UTC+04:00)
"Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi "Gənclər təşkilatları üçün PR- xidmətin yaradılması modeli - NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları" adlı layihəsini uğurla davam etdirir.

Bu yaxınlarda təşkiat Masallı şəhər gənclər mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihə çərçivəsində icra planına uyğun olaraq iki təlim-bir günlük ustad dərsləri həyata keçirib.

Təlimin birinci dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında layihə haqda ətraflı məlumat verilib. Sonra kütlə qarşısında həyəcanın aradan qaldırlması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, Neyro-linqvistik proqramlaşdırma haqda anlayış, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçirilib. Masallı rayonunda fəaliyyət göstərən gənclər təşkilatlarını təmsil edən gənclərin keçilən ustad dərslərini mənsimsəmələri üçün təlim vorkşoplar, təlim oyunları ilə müşaiyət olunub.

Ustad dərsləri zamanı həmçinin İmicin formalaşdırlması və hədəf qrupları ilə iş, Liderlik, Brifinqin keçirilməsi, kamera qarşısında mesajın verilməsi təlimləri də keçirilib.
Təlimçi S. Nəcəfov təlimin yüksək səviyyədə keçdiyindən danışıb. Sənan müəllimin sözlərinə görə, ilk iki təlimdə Masallı rayonunda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, aktiv gənclər cəlb olunublar və bu, təlimlərin rahatlıqla mənimsənilməsində öz təsirini göstərib. -Təlim praktikasına əsaslanaraq biz növbəti ustad dərslərinisonra keçirməyi planlaşdırırıq. Təlim iştirakçılarının Sosial şəbəkələrdə paylaşdığı statuslara, bizə ünvanladıqları elektron məktublara əsaslanaraq deyə bilərik ki, təlimlər gənclərin marağına səbəb olub və regionda belə təlimlərin keçirilməsi təqdirəlayiq haldır.-Buna "Yeni Həyat"ın oxucuları üçün təlimçi Sənan Nəcəfov aydınlıq gətirib.

Təlimçi onu da vurğulayıb ki, növbəti təlimlərdə PR strategiya, SWOT analiz, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və araşdırma aparça bacarıqları öyrədiləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihənin digər şəhər və rayonlarda də keçirilməsi, o cümlədən Gəncə, Şirvan, Bakı, Sumqayıt şəhərləri də nəzərdə tutulur. Bundan başqa, Masallıda olduqu kimi, Qəbələ və Quba rayonlarında da bir günlük təlim-ustad dərsləri baş verəcəkdir.
Təlimçi onu da vurğulayıb ki, növbəti təlimlərdə PR strategiya, SWOT analiz, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və araşdırma aparıcı bacarıqları ustad dərsləri gənclərə öyrədiləcək.

Xatırladırıq ki, Masallı gəncləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihə çərçivəsində "Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi "Gənclər təşkilatları üçün PR- xidmətin yaradılması modeli - NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları" adlı layihəsini uğurla başa çatdırdı.