Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

9 Noyabr 2014 09:16 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevKambocanın KralıNorodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Movqe.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət, Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram".