İki uşaq atası xəstəni zorladı
9 Noyabr 2014 10:03 (UTC+04:00)
Türkiyənin Samsun vilayətində Ruhi Əsəb Dispanserində xəstə qadını
zorlayıblar.Movqe.az-ın milli.az-a istinadən məlumatına görə,
29 yaşlı C.K. cinsi təcavüzə məruz qalıb.
Qadını xəstəxanın işçisi zorlayıb. Xəstə baxıcısı olan 50 yaşlı
G.H. gecə qadının otağına girib. O, 29 yaşlı qadını zorladıqdan
sonra bərk-bərk tapşırıb ki, bu barədə heç kimə deməsin. G.H.
qadına bildirib ki, əgər bu barədə kiməsə desə, onu ağır xəstələrlə
bir otağa salacaq.
Baş verən hadisə barədə araşdırmalar başlanıb. Araşdırmalar zamanı
qadının həqiqətən də təcavüzə uğradğı məlum olub.
Polis 2 uşaq atası olan G.H.-ni həbs edib. O, ilk ifadəsində qadını
zorladığını etiraf etsə də, sonradan sözündən qaçıb. İşçi bildirib
ki, xəstə qadın ona şər atır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.