Sudanda Prezident Sarayına hücum: ölənlər var

9 Noyabr 2014 10:06 (UTC+04:00)
Sudanda Prezident Sarayına hücum olub.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, naməlum şəxs Prezident Sarayına daxil olaraq iki nəfər əsgəri öldürüb.

Sudan prezidentinin mətbuat katibi bildirib ki, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb.

PrezidentÖmər Həsən əl-Bəşirisə hücum zamanı sarayda olmayıb.