Məşhur bəstəkarı yalançı çıxardılar: 13 uşaq doğan arvadı...
9 Noyabr 2014 10:11 (UTC+04:00)
Avstraliyanın Çarlz Darvin Universitetinin professoru ünlü bəstəkar
İohan Sebastyan Baxa məşhurluq gətirən əsərləri əslində onun
arvadının yazdığını iddia edib.Movqe.az modern.az-a istinadən xəbər
verir ki, Martin Karves adlı professor Baxın həyat yoldaşı Anna
Maqdalena haqqında sənədli film çəkir.
O, apardığı araşdırmalardan belə qənaətə gəlib ki, Baxa məşhurluq
gətirən bəzi musiqiləri onun ikinci həyat yoldaşı yazıb.
Əslində professor bu iddianı 2006-cı ildə ortaya atıb. Son 8 ildə
Baxın əl yazısını, imzasını və əsərlərini araşdıraraq bu nəticəyə
gəlib. Professor iddia edir ki, Maqdalenanın qələmə aldığı notlar
xanımın özünə aid olub.
Qeyd edək ki, Anna Maqdalena Sebastyan Baxla 1721-ci ildə evlənib.
O, Baxdan 16 yaş kiçik olub. Onların 13 uşağı olsa da, uşaqlardan
7-si kiçik yaşlarda vəfat edib. Bəstəkarın ölümündən bu günə qədər
Anna Maqdalena "Dul Bax" olaraq xatırlanır.