Bakıda avtobus qəzası: yaralılar var

9 Noyabr 2014 11:09 (UTC+04:00)
Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 7-də saat 11 radələrində Nərimanov rayonunun Fətəli Xan Xoyski prospektində "Daewoo" markalı iki sərnişin avtobusu toqquşub.

Avtobuslardan birinin xəsarət almış 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.