Bakıda gənc yanıb öldü

8 Noyabr 2014 14:03 (UTC+04:00)

Bakıda 20-25 yaşlı kişi yanaraq ölüb.

Movqe.Az APA-ya istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədənində müxtəlif yanıq xəsarətləri olan 20-25 yaşlı kişi tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs bu gün səhər saatlarında xəstəxanada vəfat edib.