Bu günə olan hava proqnozu
9 Noyabr 2014 09:13 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz
cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.
Temperaturun gecə 5-8°, gündüz 12-17°, Bakıda gecə 5-7°, gündüz
14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət
gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahava əsasən
yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Temperaturun gecə 3-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə yağış
yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi
5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-8°, gündüz 10-15°
isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti
olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındahava əsasən
yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, bəzi yerlərdə az
yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındaarabir yağış yağacağı gözlənilir. Səhər
dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s sürətlə əsəcək.
Temperaturun gecə 5-8°, gündüz 13-18°, dağlarda gecə 0-5°, gündüz
8-13° isti olacağı gözlənilir.