Bacı-qardaşın ölüm-dirim savaşı

9 Noyabr 2014 15:09 (UTC+04:00)
Samux rayonunda üç nəfər dəm qazından zəhərlənib. Movqe.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Nəbiağalı qəsəbəsində baş verib. Qəsəbə sakini, 14 yaşlıİlkin Nəsibovvə onun bacısı 17 yaşlıGülzar Nəsibova, eləcə də onlara qonaq gələn rayonun Seyidli kənd sakini, 33 yaşlıƏsmər Mollayevadəm qazından zəhərlənib.

Onlar Samux rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının renimasiya şöbəsinə gətirilib. Zəhərlənənlərə ilkini tibbi yardım göstərilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir.