Avropalı diplomatdan Fələstinlə bağlı mühüm təklif

9 Noyabr 2014 17:00 (UTC+04:00)
Avropa İttifaqı diplomatiyasının rəhbəriFederika MoqeriniFələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle nəşri məlumat yayıb.

"Bizə Fələstin dövləti lazımdır. Bu bütün Avropa İttifaqının ən əsas məqsədi və mövqeyidir", - deyə Moqerini Qəzza zolağına səfəri zamanı bəyan edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İsveç Fələstini suveren dövlət kimi tanıyıb. Bundan sonra İsrail İsveçdəki səfirini geri çağırıb.