"Titul qazanmadan tarix yazmaq olmaz"

9 Noyabr 2014 20:09 (UTC+04:00)

Joze Mourinyo İngiltərə Premyer Liqasında "Liverpool"la səfər qarşılaşmasında qazanılan qələbədən sonra açıqlama verib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Mourinyo "Anfield Road"a yalnız 3 xal üçün gəldiklərini qeyd edib.


"Komanda fantastik oyun keçirdi. Bütün oyunçulardan razı qaldım. Matçın gedişində topa yaxşı nəzarət edirdik. Bir çox komandalar "Anfield Road"da qazanılan 1 xala qane olardı. Amma "Chelsea" üçün bu, keçərli deyil. Ramires, Fabreqası xüsusi qeyd etmək istərdim. Onları matça hazırlayan tibbi personalı da unutmaq olmaz. Mümkündür ki, Sesk növbəti oyunu buraxsın. "Liverpool" hər şey etdi, onlar pis təsir bağışlamadı. Amma "Chelsea" daha güclü tərəf idi. Heyət və nümayiş etdirilən futboldan çox razıyam. Amma titul qazanmadan tarixə keçmək olmaz. Biz hələ ki bunun öhdəsindən gəlməmişik."