"Trabzonspor"da Halilhodziç dönəmi başa çatır

9 Noyabr 2014 22:07 (UTC+04:00)

"Trabzonspor"da rəhbərliyin baş məşqçi Vahid Halilhodziçlə keçirdiyi toplantının ardından klubun vitse-prezidenti Yakup Aslan mediaya açıqlama verib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi təcrübəli mütəxəsislə yolların ayrılacağını bildirib.


"Halilhodziçlə birlikdə müzakirələr apardıq. Məşqçi ilə müqaviləni qarşılqlı surətdə pozmağa qəar verdik. Onu komandadan qovmağı fikrimizdən keçirmirik. Halilhodziç prezident İbrahim Hacıosmanoğlunun da yaxın dostudur. Son olaraq ikisi görüşüb söhbət edəcək. "


Xatırladaq ki, yayda etdiyi çoxsaylı transferlər fonunda Türkiyə Superliqasında uğursuz çıxış edən "Trabzonspor" 8 oyunda cəmi 1 qələbə qazana bilib. Daha əvvəl Ersun Yanalın baş məşqçi postun gətirilməsi gündəmdə idi. "Fenerbahçe"nin keçmiş çalışdıcısı Qara dəniz klubundan təklif aldığını etiraf etsə də, detalları açıqlamamışdı.