Təhsil Nazirliyi yürüş etdi

9 Noyabr 2014 21:09 (UTC+04:00)

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin, habelə professor-müəllim heyətinin iştirakı ilə "Bayraq yürüşü" keçirilib.

Movqe.az xəbər verir ki , Təhsil Nazirliyindən verilən məlumata görə, Dövlət Bayrağı Günü ilə əlaqədar təşkil olunan yürüşdə Təhsil nazirliyinin müxtəlif bölmə və struktur rəhbərləri, millət vəkilləri, ictimai xadimlər iştirak edib.

Bayraq yürüşü Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi, ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət rəmzi kimi təsdiq olunan bu bayraq həm də bizim inkişafımızı, dünyaya açılışımızı simvolizə edir", deyə . Sonra 500 nəfərdən çox iştirakçının qatıldığı yürüş Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında "Bayraq muzeyi" ilə tanış olub, xatirə fotoşəkili çəkdiriblər.