Bu günə olan hava proqnozu
10 Noyabr 2014 09:28 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasındadəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı
var. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s.
Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda
gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahava, əsasən,
yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə
3° şaxtadan 2°-dək isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Şərq küləyi 3-8 m/s.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi
3-8 m/s. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 3-8 m/s. Havanın
temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 4°
şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarındahava, əsasən,
yağmursuz keçəcək.
Gecə və səhər duman olacağı, şərq rayonlarında isə çiskin olacağı
ehtimalı var. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə
5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı,
gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda
duman olacaq. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə
7-10° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz
10-15° isti olacağı gözlənilir.