400 qadının ətəyinin altına girdi
10 Noyabr 2014 13:10 (UTC+04:00)
İngiltərədə qadınların xoşagəlməz şəkillərini çəkən manyak polis
tərəfindən saxlanılaraq cəzalandırılıb.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri
İngiltərənin "Mirror" qəzeti yayıb.
İngiltərənin Mançester və Salford şəhərlərində super-marketlərdə və
digər əhalinin sıx olduğu yerlərdəLi Klerkadlı
vətəndaşın qısa ətək geyinmiş qadınların şəkillərini çəkməkdən zövq
aldığı məlum olub.
32 yaşlı Klerkin bu əməli sonuncu dəfə Mançestrin "Arndale" ticarət
mərkəzində eskalatorla qalxarkən önündəki qadını ətəyinin altından
çəkərkən qadının bunu hiss etməsi nəticəsində üzə çıxıb. Qadın
dərhal səs-küy salıb və eskalatorun yuxarısında dayanmış polislər
Klerki yaxalayıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, Klerk bundan əvvəl də
dəfələrlə eyni yerdə müxtəlif qadınlara qarşı həmin hərəkəti edib.
Lakin heç biri bundan xəbərdar olmayıb, ya da biabır olmaqdan
utandıqları üçün səslərini çıxarmayıblar.
Klerk polislərə izahatında hərəkətinin cinsi təcavüz xarakteri
daşımadığını, sadəcə qadınlara baxmağı sevdiyini və etdiyinin
insanlara heç bir zərər vermədiyini söyləyib.
Qeyd edək ki, vəkili onun bir müddət əvvəl işdən çıxarıldığını,
bundan sonra içki içərək küçələrə düşdüyünü bildirib. Məhkəməsi
keçirilən Klerkin barəsində 120 saat maaşsız ictimai işə cəlb etmə
qərarı verilib.