Çin Rusiyanın qazını alacaq

10 Noyabr 2014 14:05 (UTC+04:00)

Çin və Rusiya Asiya Sakin Okeanı İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində enerji əməkdaşlığına dair bir neçə razılıq əldə edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Vladimir Putin və Çin prezidenti Tsi Cinpinq Rusiya təbii qazının Çinə nəqli ilə bağlı qərb boru xəttinə dair saziş imzalayıblar.

İmzalama mərasimindən sonra dövlət başçılarıiki ölkə arasında əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər.