"Borussia"nın uğursuz seriyası avtoqolla qırıldı

10 Noyabr 2014 17:00 (UTC+04:00)

Almaniya çempionatında 11-ci turun oyunlarına yekun vurulub. Bundesliqanın cari çempionu "Bayern Munchen" səfərdə "Eintracht Frankfurt"u böyük hesabla məğlub edib. Münhen təmsilçisinin heyətində Tomas Müller het-triklə yadda qalıb. Daha bir qolu isə Şerdan Şakiri altivinə yazdırıb 4-0.

"Eintracht"0-4"Bayern Munchen"

Tomas Müller (23, 64, 67)

Şerdan Şakiri (86)


Borussia derbisndə isə "Dortmund" və "Monchengladbach" münasibətlərinə aydınlıq gətirib.Movqe.az-ın Gol.az-a istinadən verdiyi xəbərə görə, "Borussia Dortmund" 7 oyunluq uğursuz seriyanı, nəhayət ki, qırmağa nail olub. Yeganə qolu 58-ci dəqiqədə Kristof Kramer öz qapısından keçirməklə Yurgen Klopun komandasını sevindirib. Gənc oyunçunun geri ötürməsi aşırma zərbəyə çvrilərək qapıdan keçb. Qalan vaxtda hesab dəyişməyib və "Dortmund" xallarıın sayını 10-a yüksəldərək autsetyderlər qrupundan çıxıb.