"Zülfiyyəni sevirəm"- İlqardan sevgi etirafı

10 Noyabr 2014 18:05 (UTC+04:00)

Məşhur cütlük İlqar və Zülfiyyə "Onlar"a aralarında olan sevgi münasibətindən danışıb

Movqe.az Gecce.az-a istinadən  xəbər verir ki,teleaparıcının xanımı əri ilə bağlı maraqlı açıqlamalar edib.

"Ailədə İlqar ciddi adamdı.Şou hissəsini özüm aparıram.İlqar mənim üçün yaxşı dostdu.Onun xüsusiyyəti belə gözəldi.İlqar çox əsəbi biridi.Üzü çöndüsə,onun tərəfə baxma.Eynəyi çıxır.Heçnəyi görmür.Başlayır rus dilində danışmaqa.Mənə qarşı əsəbi olmayıb.Əsəbi olanda isə bir dəfə "aşkım" deyirəm,sakitləşir.O,mənə sevgi etiraf etməkdən utanır.Veriliş boyu tamaşaçılar diqqətlə baxsa görər ki,İlqar mənə qarşı ancaq sevgisini hiss etdirir.Onun istəyirəm əli həmişə belimdə olsun.

İlqar isə xanımın dediklərinə belə cavab verib.

"Hərkəsin həyatında elə birisi olmalıdır ki,onu saxlasın.Ona söykənib, dayana biləsən.Yoldaşıma söykənib rahat dura bilirəm.Ona görə bizdə alınır.Bizi sındırmaq ,ayırmaq istəyiblər,alınmayıb.Mən,Zülfiyyəni sevirəm".