Məşhur şirkətin maşınlarında ciddi nasazlıq var

10 Noyabr 2014 21:10 (UTC+04:00)
Nissan korporasiyası ABŞ bazarından 53 min avtomobilini geri çağırır. Movqe.Az-ın milli.az-a istinadən məlumatına görə, həmin avtomobillərin təhlükəsizlik yastıqlarında nasazlıq var.

Çağırış əsasən 2003-2006-cı illər arasında istehsal olunmuş Nissan Pathfinder, Nissan Sentra, Infiniti FX35, Infiniti FX45, Infiniti I35, Infiniti M35 və Infiniti M35 modellərinə şamil olunur.

İstehsalçıların sözlərinə görə, nasazlıq ucbatından qəza zamanı təhlükəsizlik yastıqları partlaya və sərnişinlərə xəsarət yetirə bilər.