The Guardian yazır ki, Londonda Britaniya kraliçası
2-ciYelizavetavə onun əri, Edinburq
hersoquFilippə qarşı sui-qəsdin qarşısı
alınıb.
Radikal islamçılar Albert-Hollda kraliçaya və onun ərinə hücum etmək istəyirdilər. Həmin vaxt Kral Britaniya Legionunun festivalı keçiriləcəkdi.
İslamçılar kraliçanı bıçaqlamaq niyyətində olublar.
Movqe.az Milli.Az-a istinadən bildirir ki, planlaşdırılan
sui-qəsd barədə kraliça 2-ci Yelizaveta və baş nazirDevid
Kemeronxəbərdar olublar. Bukinhem Sarayı kraliçanın anım
mərasimlərindəki iştirakını təxirə salmayıb.
Polis və xüsusi xidmət orqanlarının həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində Londonda 19-27 yaşlarında 4 nəfər tutulub.
Britaniya kraliçası 2-ci Yelizavetaya son sui-qəsd cəhdi 1981-ci ilin sonunda olmuşdu.